DÇ 2026 da unikal nailiyyət: Holand və Bellinqem tarixə düşdülər

14.07.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Norveç millisinin hücumçusu Erlinq Holand və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il dünya çempionatında unikal nailiyyətə imza atıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda turnirdə yalnız bu iki futbolçu üç fərqli üsulla - sağ ayaqla, sol ayaqla və başla qol vurmağı bacarıb.

Qeyd edək ki, Holand turnir ərzində 7, Bellinqem isə 6 qol vurub. Xatırladaq ki, İngiltərə millisi dörddəbir finalda Norveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью