Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı il futbol üzrə dünya çempionatı tamaşaçı sayı baxımından tarixin ən çox izlənilən mundialı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, turnirdə keçirilən 104 oyundan 36-sından sonra ümumi tamaşaçı sayı 2 milyon 307 min 947 nəfərə çatıb. Beləliklə, mundial tarixində yeni rekord qeydə alınıb.
Hazırda hər oyuna orta hesabla 64 min 110 azarkeş gəlir. Stadionların doluluq səviyyəsi isə 99,54 faiz təşkil edir.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin son qalibi 2022-ci ildə finalda Fransanı məğlub edən Argentina millisidir.
DÇ-2026 həm də tarixdə ilk dəfə 48 milli komandanın iştirak etdiyi dünya çempionatı kimi yadda qalır.