DÇ 2026 da yeni rekord qırıldı

04.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2026-cı il dünya çempionatında avtoqol rekordu qeydə alınıb.

Modern.az xəbər verir ki, rekord Avstraliya - Misir matçında yenilənib.

Qarşılaşmanın ikinci hissəsində Misir millisinin müdafiəçisi Məhəmməd Hani topu öz qapısından keçirib. Bununla da DÇ-2026-da avtoqolların sayı 13-ə çatıb.

“Opta Sports”un məlumatına görə, bu göstərici dünya çempionatları tarixində yeni rekorddur. Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən mundialda qeydə alınmışdı. Həmin turnirdə ümumilikdə 12 avtoqol vurulmuşdu.

Qeyd edək ki, Avstraliya - Misir matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Misir ilk hissədə İmam Aşurun qolu ilə önə keçsə də, ikinci hissədə avtoqolla hesab bərabərləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью