Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti qarşılaşması başa çatıb.
Milli.Az xəbər verir ki, İsveçrə millisi Əlcəzair yığması ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edərək adını 1/8 final mərhələsinə yazdırıb. Komandanın qələbəsində əsas pay sahibi Brel Embolo və Dan Ndoye olub. Embolo 10-cu dəqiqədə hesabı açıb, Ndoye isə ikinci hissənin əvvəlində fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra İsveçrə millisi növbəti mərhələyə yüksələrək Kolumbiya - Qana cütünün qalibi ilə qarşılaşmaq hüququ qazanıb. Dünya çempionatının pley-off mərhələsində mübarizə isə gərgin qarşılaşmalarla davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)