DÇ 2026: Daha bir komanda növbəti mərhələ şansını itirdi

23.06.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Daha bir komanda ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti mərhələ şansını itirib.

Qaynarinfo xəbər verir ki, İordaniya millisi bu şansı ititrən dördüncü komanda olub.

Jamal Sellaminin baş məşqçisi olduğu kollektivin J qrupunun II turunun oyununda Əlcəzairə uduzub (1:2). Komanda ilk turda Avstriyaya 1:3 hesabı ilə yenilmişdi. İordaniya III turda Argentina ilə üz-üzə gələcək.

Daha əvvəl Türkiyə, Haiti və Tunisin 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью