Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı il dünya çempionatının qrup mərhələsinin oyunlarını ümumilikdə 4 milyon 644 min 549 azarkeş stadiondan izləyib.
QOL.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, qrup mərhələsinin statistikası turnirin miqyasını aydın şəkildə nümayiş etdirir: "Dünya çempionatının qrup mərhələsinin statistikası turnirin futbol meydançasından kənara çıxan miqyasını göstərir. Oyunları 4 milyon 644 min 549 azarkeş izləyib, turnir ərzində isə 300 mindən çox hot-doq satılıb".
Bununla da dünya çempionatlarının ümumi tamaşaçı rekordu hələ qrup mərhələsi başa çatmadan yenilənib.
Əvvəlki rekord 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatına məxsus idi. Həmin turnirin oyunlarını ümumilikdə 3 milyon 587 min 538 azarkeş stadiondan izləmişdi.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 72 oyun keçirilib. Turnir çərçivəsində ümumilikdə 104 qarşılaşma baş tutacaq.