DÇ 2026 də günün afişası: Üç böyük pley off dueli

02.07.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Futbol üzrə 2026-cı il dünya çempionatında 1/16 final mərhələsi bu gün üç oyunla davam edəcək. Günün afişasında pley-offun taleyini müəyyənləşdirəcək maraqlı qarşılaşmalar yer alıb.

İdman.Biz xəbər verir ki, ilk oyunda İspaniya və Avstriya yığmaları üz-üzə gələcək. Gecənin əsas oyunlarından birində isə Portuqaliya Xorvatiya ilə qarşılaşacaq.

Günün son görüşündə isə İsveçrə və Əlcəzair milliləri 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

DÇ-2026, 1/16 final mərhələsi

2 iyul
23:00 İspaniya - Avstriya

3 iyul
03:00 Portuqaliya - Xorvatiya
07:00 İsveçrə - Əlcəzair

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью