DÇ 2026: Dünya çempionu növbəti matçına çıxır

22.06.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda bu gün daha 1 oyun baş tutacaq.

Fanat.Az xəbər verir ki, son dünya çempionu Argentina seçməsi Avstriya yığması ilə qarşılaşacaq.

ABŞ-nin Texas ştatında keçiriləcək oyun Lionel Messi və komanda yoldaşlarının pley-offa vəsiqəni erkən təmin etməsinə şərait yarada bilər. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunu Misirdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

DÇ-2026
2-ci tur
22 iyun

G qrupu

21:00. Argentina - Avstriya
Baş hakim: Amin Ömər (Misir).
Arlinqton (ABŞ). "AT&T Stadium".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью