DÇ 2026: Dünya çempionu olan futbolçu tribunada yatıb

22.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

DÇ-1998-in qalibi, Fransa millisinin sabiq üzvü Yuri Corkaeff İspaniya və Səudiyyə Ərəbistanı matçının (4-0) yayımı zamanı xoşagəlməz vəziyyətə düşüb. Sport24.az xəbər verir ki, FIFA rəsmisi kimi oyunu izləyən 58 yaşlı keçmiş futbolçu tribunada yatarkən kameraya düşüb.

Bu, qarşılaşmanın 58-ci dəqiqədə baş verib. Həmin anda İspaniya millisi artıq dörd qol vurmuşdu.

Corkaeff birbaşa FIFA prezidenti Canni İnfantinonun arxasında, keçmiş İspaniya müdafiəçiləri Fernando Hierro və Mişel Salqadonun yanında oturmuşdu. Video dərhal sosial mediada yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью