DÇ 2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU

27.07.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il dünya çempionatında vurulan ən yaxşı qolun müəllifi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabral layiq görülüb.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Kabralın Argentina ilə keçirilən 1/16 final oyununda vurduğu qol turnirin ən yaxşısı seçilib. Onun 103-cü dəqiqədə fərqlənməsi Kabo-Verde yığmasına hesabı 2:2 etməyə imkan verib. Lakin komanda əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə uduzub.

Ən yaxşı qol seçimində ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü pilləni isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.

Qeyd edək ki, iyulun 19-da başa çatan mundialın qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.

Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı" "Çorum" daha bir ulduzu gətirir – 20 milyonluq hücumçu Kyeza: “Yalnız “Liverpul”u düşünürəm”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью