DÇ 2026: Final oyununa bilet neçəyədir? Rekord

17.07.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, 19 iyulda DÇ-nin finalında Argentina və İspaniya qarşılaşacaq.

Axar.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatındakı “Metlayf” stadionunda keçiriləcək finala biletlərin qiyməti rekorda qalxıb.

Rəsmi satış turları zamanı müxtəlif kateqoriyalar üzrə ilkin bilet qiymətləri təxminən belə olub:

- 4-cü kateqoriya: təxminən 2030 dollar

- 3-cü kateqoriya: təxminən 2790 dollar

- 2-ci kateqoriya: təxminən 4210 dollar

- 1-ci kateqoriya: təxminən 6730 dollar.

Lakin tələbatın artması səbəbindən qiymətlər, xüsusən də təkrar satış bazarında kəskin şəkildə artıb. Hazırda ən ucuz bilet 7000-8000 dollara çatıb.

Mənbələrə görə, rəsmi platformalarda bəzi premium biletlər 32.970 dollara qalxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью