sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FİFA Kanadada meşə yanğınlarından qaynaqlanan tüstü səbəbindən Nyu-Yorkda keçiriləcək DÇ-2026-nın finalını təxirə salmaq planında deyil. Sport24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
FİFA nümayəndələri və Ağ Evin dünya çempionatı üzrə işçi qrupunun rəhbəri Endryu Culiani artıq qeyri-rəsmi müzakirələr aparıblar.
Ağ Ev sözçüsünün sözlərinə görə, hazırda mümkün təxirəsalma ilə bağlı rəsmi görüş planlaşdırılmayıb.
Bir gün əvvəl Çikaqoda meşə yanğınlarından qaynaqlanan tüstü səbəbindən açıq havada keçirilməsi planlaşdırlan bir neçə tədbir, o cümlədən "Çikaqo Fire" - "Vankuver Uaytkeps" matçı ləğv edilib.
Qeyd edək ki, İspaniya və Argentina arasında keçiləcək final qarşılaşması sabah baş tutacaq.