DÇ 2026: Fransa 3 xalı 3 qolla qazandı

17.06.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Adalet.az xəbər verir ki, I qrupunda Fransa millisi Seneqal ilə qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb 

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

İkinci hissəyə daha fəal başlayan Fransa istəyinə 66-cı dəqiqədə çatıb. Maykl Olisenin mükəmməl ötürməsindən sonra Kilian Mbappe hesabı açıb.

82-ci dəqiqədə Fransa hesab arasındakı fərqi artırıb. Rabiyonun pasında qapıçıyla təkbətək çıxan Bredli Barkola topu Eduard Mendinin başı üzərindən tora qovuşdurub.

95-ci dəqiqədə Seneqalın heyətində İbrahim Mbaye fərqi azaltsa da, 1 dəqiqə sonra Kilian Mbappe fantastik zərbə ilə yenidən fərqi 2 topa çatdırıb: 3:1.

Görüş bu hesabla da başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью