DÇ 2026: Fransa İslandiyanı yenə bilmədi

14.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 qrupda 8 görüş reallaşıb.

Azərbaycan millisinin yer aldığı D qrupunda İslandiya öz meydanında Fransa yığması ilə heç-heçə edib. Qazaxıstan Şimali Makedoniya səfərindən 1 xalla dönüb. İsveç evdə Kosovoya uduzubsa, Belçika səfərdə Uelsi, Almaniya isə Şimali İrlandiyanı üstələyib.

DÇ-2026-nın seçmə mərhələsi
13 oktyabr

A qrupu

Şimali İrlandiya Almaniya 0:1
Qol: Voltemade, 31.

Slovakiya Lüksemburq 2:0
Qollar: Obert, 55. Şrans, 72.

Xallar: Almaniya – 9. Slovakiya – 9. Şimali İrlandiya – 6. Lüksemburq – 0.

B qrupu

İsveç Kosovo 0:1
Qol: Asllani, 32.

Sloveniya İsveçrə 0:0

Xal: İsveçrə – 10. Kosovo – 7. Sloveniya – 3. İsveç – 1.

D qrupu

İslandiya Fransa 2:2
Qollar: Palsson, 39. Hlinsson, 70 – Nkunku, 63. Mateta, 68.

Ukrayna Azərbaycan 2:1
Qollar: Qutsulyak, 30. Malinovski, 64 – Mikolenko, 45+3-öz qapısına.

Xallar: Fransa – 10. Ukrayna – 7. İslandiya – 4. Azərbaycan – 1.

J qrupu

Uels Belçika 2:4
Qollar: Rodon, 8. Brodhid, 89 – De Bröyne, 18-pen; 76-pen. Munye, 24. Trossard, 90.

Şimali Makedoniya Qazaxıstan 1:1
Qollar: Bardi, 74 – Karaman, 54.

Xallar: Belçika – 14. Şimali Makedoniya – 13. Uels – 10. Qazaxıstan – 7. Lixtenşteyn – 0.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью