DÇ 2026: Fransa Seneqal millisi ilə qarşılaşır

16.06.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün I qrupunda mübarizə start götürəcək.

Qrupun ilk oyununda turnirin favoritlərindən olan Fransa Seneqalı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək və iranlı baş hakim Əlirza Fəqani tərəfindən idarə olunacaq.

Bu qrupda yer alan Norveç və İraq milli komandaları 17 iyunda Bakı vaxtı ilə 02:00-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026
1-ci tur, 16 iyun 

İ qrupu

23.00. Fransa - Seneqal
Baş hakim: Əlirza Fəqani (İran).
Nyu-Cersi Stadionu.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью