DÇ 2026: Fransa Ukraynanı, İngiltərə Serbiyanı qəbul edir

13.11.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 

Fanat.Az xəbər verir ki, D, F, I və K qruplarında ümumilikdə 8 görüş reallaşacaq.

Bu gün İslandiyanı qəbul edəcək Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa seçməsi Ukraynanı qəbul edəcək. Kriştianu Ronaldulu Portuqaliya səfərdə İrlandiya ilə qarşılaşacaqsa, İtaliya Moldovanın, Serbiya yığması İngiltərənin qonağı olacaq. 

Qeyd edək ki, tsikldə son iki oyununu evdə keçirəcək Azərbaycan millisinin İslandiya ilə bu gün, Fransa ilə 16 noyabrda üz-üzə gələcək. 

DÇ-2026
Seçmə mərhələ
13 noyabr

D qrupu
21:00. Azərbaycan - İslandiya
23:45. Fransa - Ukrayna    
Xal durumu: Fransa - 10, Ukrayna - 7, İslandiya - 4, AZƏRBAYCAN - 1.

F qrupu
21:00. Ermənistan - Macarıstan    
23:45. İrlandiya - Portuqaliya    
Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3.

I qrupu
21:00. Norveç - Estoniya    
23:45. Moldova - İtaliya    
Xal durumu: Norveç - 18, İtaliya - 15, İsrail - 9, Estoniya - 4, Moldova - 1.

K qrupu
23:45. İngiltərə - Serbiya    
23:45. Andorra - Albaniya    
Xal durumu: İngiltərə - 18, Albaniya - 11, Serbiya - 10, Latviya - 5, Andorra - 1.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью