DÇ 2026: Fransa və Paraqvayın ikinci 1/8 final qarşılaşması

05.07.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə dünya çempionatında ikinci 1/8 final oyunu keçirilir.

İdman.Biz bildirir ki, bu mərhələdə ilk qarşılaşmada Fransa və Paraqvay üz-üzə gəlirlər.

Oyun ABŞ-ın Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda keçirilir. Baş hakim özbəkistanlı İlgiz Tantaşevdir.

1/16 final mərhələsində Fransa İsveçi 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Paraqvay isə Almaniyaya penaltilərlə 4:3 qalib gəlib. Həmin oyunun əsas və əlavə vaxtı 1:1 qurtarıb.

Bu komandalar artıq 1 dəfə 1/8 final mərhələsində oynayıblar. 1998-ci ildə keçirilmiş dünya çempionatında Fransa əlavə vaxtın 114-cü dəqiqəsinə Loran Blanın qolu ilə Paraqvayı məğlub edib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью