Icma.az, Qol.az saytına istinadən bildirir.
DÇ-2026 hakiminin viza problemi yarandı, ölkəsinə geri qayıtdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Somalili FİFA hakimi Ömər Əbdülqadir Artan ABŞ-a daxil ola bilməyib və geri qaytarılıb.
QOL.az xəbər verir ki, “Voetbal International” nəşrinin məlumatına görə, 34 yaşlı referi etibarlı viza olmadan ABŞ-a getdiyi üçün sərhəddən buraxılmayıb. O, diplomatik pasportla girişin yetərli olacağını düşünüb.
Hadisədən sonra hakim ölkəyə geri göndərilib. Onun dünya çempionatında iştirak edib-etməyəcəyi və ya FİFA tərəfindən başqa hakimlə əvəzlənəcəyi məlum deyil.
Qeyd edək ki, Artan 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin ən yaxşı hakimi seçilib.