Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Andorra və İngiltərə millilərinin qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar "Stage Front" stadionunda (Barselona, İspaniya) üz-üzə gəliblər.
Matçda qonaq İngiltərə yığması minimal hesablı qələbə qazanıb - 1:0. Matçın yeganə qolu 50-ci dəqiqədə vurulub.
İngiltərə yığmasının hücumçusu və kapitanı Harri Keyn fərqlənib. Bu qələbədən sonra İngiltərə yığmasının aktivində 9 xal var.
Tomas Tuxelin komandası K qrupunda birinci yerdədir. Andorra ilk üç görüşdə xal toplaya bilməyib və beşinci pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.