DÇ 2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finalda YENİLƏNİB

28.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə L qrupunun iki görüşü baş tutub. 

Panama millisi İngiltərə ilə qarşılaşıb. Matç İngiltərənin 2:0 hesablı qələbəsiylə başa çatıb. Xallarının sayını 7-yə çatdıran ingilislər qrupu 1-ci yerdə bitirib. Panama 0 xalla qrup sonuncusu olub. 

Qrupun digər matçında isə Xorvatiya Qana ilə üz-üzə gəlib. Gərgin keçən görüşdən avropalılar qalib ayrılıb: 2:1. 

Xorvatlar xallarının sayını 6-ya yüksəldib və qrup ikincisi kimi 1/16 finala vəsiqə qazanıb. 4 xalda qalan Qana isə ən yaxşı üçüncülər sırasından pley-offa yüksəlib. 

Hər iki matç Bakı vaxtı ilə saat 01:00-da start götürüb.

DÇ-2026
L qrupu, III tur
28 iyun
01:00. Panama - İngiltərə 0:2

Qol: Bellingem, 62, Keyn, 67


01:00. Xorvatiya - Qana 2:1

Qol: Suçiç, 31, Lukassen, 73, Vlaşiç, 83

DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda! - YENİLƏNİB DÇ-2026: Fransa və Norveç 1/16 finalda! - YENİLƏNİB Messi start heyətdə olmayacaq: LAUTARO VƏ YA ALVAREZ DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью