Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
İran milli komandasının Meksikanın Tixuana şəhərindəki təlim-məşq bazasının yaxınlığında çürümüş cəsəd tapılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb. Xəbərdə meyidin yaxınlıqda yerləşən marketin qarşısında saxlanılmış avtomobildə aşkarlandığı bildirilib. Hadisə ilə bağlı araşdırma başlayıb.
İran yığması dünya çempionatında Misir, Belçika və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.
Uzun müddətdir, ABŞ ilə İran arasında davam edən siyasi gərginlik səbəbindən İran millisinin mundialda iştirakı sual altında idi. Komandanın heyətində olan bəzi insanlar ABŞ vizası almaqda çətinlik də çəkirdi.