DÇ 2026: İran püşkatma mərasimindən imtina etdi

28.11.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi dövlət televeziyasına açıqlamasında bildirib.

Buna səbəb ABŞ-nin İrandan olan idmançılara tətbiq etdiyi viza məhdudiyyətləridir. O, məhdudiyyətləri qeyri-idman xarakterli hesab etdikləri üçün belə addım atdıqlarını söyləyib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq. Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.

ÇL: "Qarabağ" rəqiblərdən top almağa görə ilk üçlükdə yer alıb ÇL: Həftənin oyunçusu adına namizədlər bəlli olub ÇL: “Arsenal” “Bavariya”ya, PSJ “Tottenhem”ə qalib gəlib - YENİLƏNİB ÇL: Mbappenin pokeri “Real”a qələbə qazandırdı DÇ-2026: Səbətlər bəlli olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью