DÇ 2026: İraqlı futbolçu ABŞ da 7 saat saxlanıldı

06.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

İraq millisinin hücumçusu Aymen Hüseyin ABŞ-da problemlə üzləşib.

Apasport.az xəbər verir ki, iraqlı futbolçu Çikaqodakı O'Hare hava limanında ABŞ rəsmiləri tərəfindən 7 saat sorğu-sual olunub.

Aymen Hüseyin yığma ilə birlikdə 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ-a yollanıb.

Məlumata görə, onun saxlanılmasına şəxsiyyət qarışıqlığı səbəb olub. Rəsmilər futbolçunun kimliyini dəqiqləşdirəndən sonra problem aradan qalxıb və onun ölkəyə girişinə icazə verilib.

Qeyd edək ki, İraq millisi 2026-cı il dünya çempionatının I qrupunda Fransa, Norveç və Seneqalla mübarizə aparacaq.

Xatırladaq ki, Aymen Hüseyin komandası adına mundiala vəsiqə qazandıran qolu vurmuşdu.

Toraldan sonra fransız vinger: "Bursaspor" iddialıdır DÇ 2026: Almaniyanın heyətində dəyişiklik DÇ öncəsi Fransada kriz: Yenə Mbappe... Perezdən seçki vədi – Olise üçün 150 milyon avro DÇ-də yorucu marşrut – Türkiyə qrupda 20 min kilometr yol gedəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью