DÇ 2026: İspaniya ilə Argentina arasında final oyunu təhlükə altında SON DURUM

17.07.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya və Argentina arasında keçiriləcək DÇ-2026-nın finalı təxirə salına bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Ole.us" yayıb.

Mənbənin məlumatına görə, buna səbəb Kanadadakı güclü meşə meşə yanğınlarıdır. Son saatlarda tüstü ölkənin bir neçə şəhərinə yayılıb və hətta ABŞ-ın şimal ştatlarına da çatıb. Zəhərli bulud oyunçular, məşqçilər və azarkeşlər üçün sağlamlıq riski yaradır. Çikaqoda bəzi açıq hava tədbirləri, o cümlədən bu gün MLS-də baş tutmalı olan "Çikaqo Fayr" - "Vankuver Uaytkeps" matçı (17 iyul) ləğv edilib.

Tüstü hələ də çəkilmədiyindən (və tezliklə çəkilməyəcəyindən), eyni təhlükə 19 iyulda Nyu-Yorkda keçiriləcək dünya çempionatının final oyunu üçün də aktualdır.

Hava çirkliliyinin səviyyəsi sağlamlığa təhlükə yaradacağı təqdirdə, FIFA-nın tədbirlər cədvəlində mümkün dəyişiklik üçün protokolı mövcuddur, baxmayaraq ki, hazırda bununla bağlı rəsmi açıqlama yoxdur.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью