DÇ 2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

15.06.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatında bu gün daha 2 oyun baş tutacaq.

Fanat.Az xəbər verir ki, H qrupunun ilk matçında İspaniya Kabo-Verde seçməsini sınağa çəkəcək.

Atlantadakı "Mersedes-Benz" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

Bu qrupun digər iştirakçılarının - Uruqvay ilə Səudiyyə Ərəbistanının görüşü iyunun 15-dən 16-na keçən gecə olacaq.

Gecənin digər qarşılaşmasında Belçika Misir ilə üz-üzə gələcək. G qrupunun görüşü Sietl şəhərindəki "Lumen Field" stadionunda olacaq və saat 23:00-da start götürəcək. 

Bu qrupda yer alan İran ilə Yeni Zellandiya 16 iyunda səhər saat 05:00-dan etibarən münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026
15 iyun

H qrupu

20:00. İspaniya - Kabo-Verde
Baş hakim: A.Mahadme (İordaniya).

G qrupu

23:00. Belçika - Misir
Baş hakim: R.Abatti (Braziliya).
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью