DÇ 2026: İsveçrə qrup lideri, Bosniya üçüncü oldu

25.06.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Futbol üzrə dünya çempionatının B qrupunda mübarizə başa çatıb. 

Qaynarinfo xəbər verir ki, III turun oyunları bu gecə keçirilib. "BC Palace" stadionunda keçirilən qarşılaşmada turnirin ev  sahiblərindən Kanada İsveçrə ilə üz-üzə gəlib. Oyunda Avropa təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

İsveçrənin qollarını Ruben Varqas (46) və Joan Manzambi (57) vurublar. Kanadanın heyətində isə Promis Akinpelu (76) təsəlli qoluna imza atıb.

Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla ikinci olub.

Qrupun digər oyununda Bosniya və Herseqovina Qətər millisi ilə qarşılaşıb. Sietl stadionunda keçirilən matçda avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Mahmiç (80) fərqləniblər. Qətərin tək qolu isə Həsən Əl-Heydos (42) aktivinə yazılıb.

Bu qələbə sayəsində Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü sırada başa vurub. 1 xala malik Qətər isə mundialla vidalaşıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью