DÇ 2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu | Icma.az
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, üçüncü turun ilk oyun günündə 6 matç baş tutub. Günün oyunu Norveçdə reallaşıb.
Skandinaviya təmsilçisi İtaliyanı darmadağın edib. I qrupunun digər matçında Estoniya seçməsi öz meydanında İsrailə boyun əyib.
J qrupunda Uels Lixtenşteyni evə 3 cavabsız qolla göndəribsə, Belçika Şimali Makedoniya ilə qollu bərabərliyə razılaşıb.
L qrupuna gəlincə, Xorvatiya seçmə mərhələyə Cəbəllüttariq üzərində 7:0 hesablı qələbə ilə başlayıb.
“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, “Neftçi”dən Edviç Kuçun yer aldığı Monteneqro qonaq qismində Çexiyaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda Fransa, İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparacaq.
Tam oxu
Xəbəri oxu