Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində altı oyun keçirilib.
Oxu.Az xəbər verir ki, I qrupunda mübarizə aparan İtaliya Moldovanı qəbul edib.
Meydan sahibləri qonaqlara şans verməyiblər. "Skuadra Adzurra" rəqib qapısından 2 cavabsız top keçirib - 2:0.
Eyni qrupda çıxış edən Norveç səfərdə Estoniyaya qalib gəlib - 0:1.
J qrupunda qərarlaşan Qazaxıstan öz meydanında Şimali Makedoniyaya minimal hesabla məğlub olub - 0:1. Belçika - Uels matçında 7 qol vurulub, qarşılaşma meydan sahiblərinin xeyrinə başa çatıb - 4:3
L qrupunda Xorvatiya gözlənilmədən Çexiyanı darmadağın edib - 5:1, Farer adaları Cəbəllüttariqdən üstün olub - 2:1