DÇ 2026: İtaliya, Xorvatiya və Belçika seçmə mərhələdə ilk sınağına çıxır YENİLƏNİR | Icma…
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, üçüncü turun ilk oyun günündə 6 matç baş tutacaq. Bugünkü görüşlər I, J və L qruplarında oynanılacaq.
I qrupunda yer alan İtaliya seçmə mərhələdə ilk oyununu qrup lideri Norveçə qarşı keçirəcək.
J qrupunda da Belçika ilk sınağında əvvəlki 2 görüşdə 4 xal toplayaraq zirvədə qərarlaşan Şimali Makedoniya ilə üz-üzə gələcək.
Xorvatiya isə seçmə mərhələdəki ilk oyununu L qrupunun autsayderi Cəbəllütariqə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda Fransa, İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparacaq.
Millimiz seçmə mərhələyə sentyabrda start verəcək. DÇ-2026 Seçmə mərhələ, Avropa zonası 6 iyun I qrupu 22.45. Norveç - İtaliya 22.45.
Tam oxu
Xəbəri oxu