DÇ 2026: Kanada 1/8 finala yüksələn ilk komanda oldu

29.06.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kanada Cənubi Afrika Respublikası (CAR) millisinə qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən matç Kanadanın 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub.

Bu qələbənin ardından 1/8 finala yüksələn Kanadanın növbəti rəqibi Niderland - Mərakeş cütünün qalibi olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью