DÇ 2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

12.06.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 11-də start götürən DÇ-2026 davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutacaq. 

B qrupunda mundialın ev sahiblərindən olan Kanada ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcəklər.

Torontoda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

B qrupunda yer alan Qətər və İsveçrə isə sabah eyni vaxtda qarşılaşacaqlar.

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026
B qrupu, 1-ci tur
12 iyun

23:00. Kanada - Bosniya və Herseqovina

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью