Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk matçı CAR və Kanada yığmaları arasında baş tutub.
Los-Anceles stadionunda keçirilən matçın taleyini 1 qol həll edib. Oyunun son dəqiqələrində fərqlənən Kanada yığması tarixində ilk dəfə 1/8 finala yüksəlib.
DÇ-2026
28 iyun
CAR - Kanada 0:1
Qol: Stiven Euştakiu, 90+2.
Baş hakim: Juan Pineyru (Portuqaliya).
Los-Anceles stadionu
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.