sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə dünya çempionatında B qrupunda növbəti oyun keçirilib. Sport24.az xəbər verir ki, mundialın ev sahiblərindən biri olan Kanada Qətərlə qarşılaşıb.
"BC Place" stadionunda baş tutan görüş Şimali Amerika təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Kanadalılar qətərlilərin qapısından 6 cavabsız top keçirib. Qalib komandanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-avtoqol) hərəyə bir dəfə adını tabloya yazdırıb.
Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələyib.