DÇ 2026: Kanada və İsveçrə qrup liderini müəyyən edirlər

24.06.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə dünya çempionatında C qrupunda matçlara yekun vurulur.

İdman.Biz bildirir ki, 3-cü turda qrupun liderləri İsveçrə və Kanada rastlaşırlar.

Bu komandalar hərəyə 4 xal toplayıblar və heç-heçə onların hər ikisini növbəti mərhələyə çıxara bilər. Kanada bu matçda meydan sahibləri rolundadır. Oyun Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda keçirilir. Baş hakim braziliyalı Ramon Abattidir.

Qrupdakı digər iki komanda – Bosniya və Herseqovina ilə Qətər isə hərəyə 1 xal toplayıblar və nəzəri olaraq növbəti mərhələyə yüksəlmək şanslarını qoruyurlar.

Bu qrupda əvvəlki turlarda keçirilmiş oyunlarda Kanada Bosniya və Herseqovina ilə heç-heçə oynayıb (1:1), Qətərə isə böyük hesabla qalib gəlib – 6:0.

İsveçrə isə Qətərlə 1:1 hesablı heç-heçəyə qane olub, ikinci turda isə Bosniya və Herseqovinanı məğlub edib – 4:1.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью