DÇ 2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finalda

04.07.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unhai fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью