DÇ 2026: Kolumbiya Konqo qarşılaşmasının taleyini bir qol həll etdi

24.06.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Kolumbiya və Konqo yığmaları qarşılaşıb.

Moderator.az xəbər verir ki, qarşılaşma Kolumbiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu 76-cı dəqiqədə Daniel Munyos vurub.

Bu nəticədən sonra aktivində 6 xalı olan Kolumbiya millisi K qrupunun lideridir. Portuqaliya 4 xalla ikinci, Konqo 1 xalla üçüncüdür. Aktivində xalı olmayan Özbəkistan sonuncu pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Kolumbiya Portuqaliya, Konqo Demokratik Respublikası isə Özbəkistan millisi ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью