DÇ 2026: Kürasao daha bir sensasiyaya imza ata biləcəkmi?

26.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatının E qrupunda mübarizəyə yekun vurulur.

İdman.Biz bildirir ki, son turda Kürasao və Kot-d'İvuar milliləri üz-üzə gəlirlər.

Matç Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda keçirilir. Oyunun baş hakimi isveçli Qlenn Nüberqdir.

Kürasao iki oyundan bir xal qazanaraq E qrupunda dördüncü yerdədir. Komanda debüt matçında Almaniyaya uduzub – 1:7, ikinci oyunda isə Ekvadorla heç-heçəyə nail olub – 0:0.

Kot-d'İvuar isə üç xalla ikinci yerdədir. İvuarlılar turnirdəki ilk qarşılaşmada Ekvadoru (1:0) məğlub ediblər, ikinci oyunda isə almanlara 1:2 hesabı ilə məğlub olublar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью