Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2026 həyacanı davam edir. Mundialın ev sahiblərindən biri olan Meksika millisi qrup mərhələsinin 2-ci turunda Cənubi Koreya ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, A qrupunun bu qarşılaşması Qvadalxara şəhərində keçirilib.
Uruqvaylı FIFA referisi Qustavo Texeranın idarə etdiyi matçda ilk və yeganə qolu meydan sahibləri vurub. 50-ci dəqiqədə Luis Romo komandasına qələbə gətirən qolun müəllifi olub.
Qeyd edək ki, bu qrupun digər matçında Çexiya yığması Cənubi Afrika Respublikası (CAR) seçməsi ilə bərabərə qalıb - 1:1.