DÇ 2026: Meksika Cənubi Koreya oyununun taleyini bir qol müəyyən etdi

19.06.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı il dünya çempionatında A qrupunun II turuna yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda Meksika millisi Cənubi Koreya ilə qarşılaşıb.

İyunun 19-da Bakı vaxtı ilə saat 05:00-da başlayan oyunda cəmi 1 qol vurulub. Belə ki, 50-ci dəqiqədə Luis Romo Meksikaya 3 xal qazandıran qolun müəllifi olub.

Xatırladaq ki, hər iki komanda ilk turda qələbə qazanıb. Meksika CAR-a 2:0, Cənubi Koreya isə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.

A qrupunun digər oyununda Çexiya və CAR 1:1 hesablı heç-heçə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью