DÇ 2026: Meksika Cənubi Koreyanı büdrətdi, qrup liderliyini təmin etdi VİDEO

19.06.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Meksika millisi DÇ-2026-nın A qrupunda ikinci qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, ev sahibi komanda ikinci turda Cənubi Koreya yığmasını 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma Meksikanın Sapopan şəhərində yerləşən “Akron” stadionunda keçirilib.

Matçda yeganə qol 50-ci dəqiqədə vurulub. Cənubi Koreya millisinin qapıçısının kobud səhvindən sonra müdafiəçi Luis Romo fürsətdən yararlanaraq Meksikaya qələbə qazandırıb.

Bu nəticədən sonra Meksika iki oyundan altı xal toplayıb və A qrupunda birinci yeri təmin edib. Komanda ilk turda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub etmişdi. Cənubi Koreya isə startda Çexiyaya 2:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsi 11-27 iyun tarixlərində keçirilir. Pley-offa hər qrupdan iki ən yaxşı komanda, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz yığma vəsiqə qazanacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью