DÇ 2026: Meksika mundiala qələbə ilə başladı

12.06.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə 2026-cı il dünya çempionatının açılış oyununda Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasını məğlub edib.

BAKU.WS xəbər verir ki, A qrupu çərçivəsində "Mexiko Siti" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meksika yığmasının qollarını 9-cu dəqiqədə Xulian Kinyones, 67-ci dəqiqədə isə Raul Ximenes vurub.

Beləliklə, ev sahibi komanda dünya çempionatına üç xalla başlayıb.

Qeyd edək ki, A qrupunda turun digər görüşündə Cənubi Koreya və Çexiya milliləri üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 06:00-da səslənəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью