Icma.az bildirir, Apasport portalına istinadən.
2026-cı il dünya çempionatında bu gün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında turnirin ev sahiblərindən biri olan Kanada millisi Mərakeş yığması ilə üz-üzə gəlir.
Matçın ilk hissəsi qolsuz bərabərliklə nəticələnib. Hesab ikinci yarıda açılıb. Əzzədin Unahi fərqlənib. Görüşün sonlarında Unahi dublunu rəsmiləşdirib.
Qeyd edək ki, günün digər oyununda Fransa millisi mundialın sürpriz komandalarından sayılan Paraqvay yığması ilə qarşılaşacaq.
DÇ-2026
1/8 final
4 iyul
21:00. Kanada – Mərakeş 0:2
Qollar: Ə. Unahi, 50, 82
Kanada: 16 Maksim Krepo, 2 Alister Conston, 4 Lyuk de Fujerol, 15 Moiz Bombito, 22 Riçi Lariya, 23 Niko Siqur, 7 Stiven Estaquio, 10 Conatan Devid, 12 Tani Oluvaseyi, 17 Tejon Byukenen, 20 Ali Ahmed.
Ehtiyat oyunçular: 1 Deyn Sent-Kler, 18 Ouen Qudmen, 3 Alfi Cons, 5 Coel Votermen, 13 Derek Kornelius, 19 Alfonso Deviz, 6 Matye Şuanyer, 11 Liam Miller, 14 Ceykob Şaffelburq, 21 Conatan Ozorio, 25 Natan Saliba, 9 Kayl Larin, 24 Promis Devid, 26 Ceyden Nelson.
Baş məşqçi: Cesse Alan Marş
Mərakeş: 1 Yassin Bunu, 2 Əşrəf Hakimi, 3 Nussair Məzraui, 14 İssa Diop, 25 Reduan Halhal, 6 Əyyub Buaddi, 8 Əzzədin Unahi, 11 İsmael Saybari, 23 Bilal Əl-Xanus, 24 Neil Əl-Aynaui, 10 Brahim Dias.
Ehtiyat oyunçular: 12 Munir Əl-Kajui, 22 Əhməd Reda Taqnauti, 5 Məruan Saadan, 13 Zakariya Əl-Uahdi, 18 Şadi Riad, 19 Yusif Belammari, 26 Ənəs Salah Eddin, 4 Sofyan Amrabat, 7 Şəmsəddin Talbi, 15 Samir Əl-Murabit, 16 Gessim Yassin, 9 Sufyan Rahimi, 17 Amin Sbai, 20 Əyyub Əl-Kaabi, 21 Əyyub Amaimuni.
Baş məşqçi: Mohamed Vahbi