DÇ 2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub

10.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.

BAKU.WS xəbər verir ki, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.

"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.

Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью