DÇ 2026: Messini izləmək üçün 100 yaşlı fanatı stadiona gəldi

23.06.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda davam edən dünya çempionatının Argentina - Avstriya matçında maraqlı olay yaşanıb. Sport24.az xəbər verir ki, yaşlı qadının əlində "100 yaşlı Messi azarkeşi" plakatını tutaraq oyunu izləməsi diqqətdən yayınmayıb.

ABŞ mətbuatının yaydığı xəbərə görə, bu qadın əvvəllər Messinin şərəfini qoruduğu "İnter mayami"nin də oyunlarında kameralara tuş gəlib. 

Qeyd edək ki, Argentina qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq pley-off mərhələsinə vəsiqəni təmin edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью