DÇ 2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda bu gün daha 1 oyun baş tutub.

Fanat.Az xəbər verir ki, son dünya çempionu Argentina seçməsi Avstriya yığması ilə qarşılaşıb.

ABŞ-nin Texas ştatında keçirilən matçda Lionel Messi və komanda yoldaşları pley-offa vəsiqəni erkən təmin edib. Lionel Messi dublla fərqlənib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

DÇ-2026
2-ci tur
22 iyun

G qrupu

Argentina - Avstriya 2:0

Qol: Lionel Messi, 38, 90+5.
Baş hakim: Amin Ömər (Misir).
Arlinqton (ABŞ). "AT&T Stadium".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью