DÇ 2026: Messisiz Argentina Uruqvayı məğlub edib

22.03.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə DÇ-2026-nın Cənubi Amerika zonasının seçmə mərhələsində XIII tur başa çatıb.

Apasport.az xəbər verir ki, turun son günündə 2 matç keçirilib.

Turnir cədvəlinin lideri Argentina heyətindəki itkilərə baxmayaraq, Uruqvay səfərindən 3 xalla qayıtmağı bacarıb. Matçın ikinci hissəsində vurulan yeganə qol son dünya çempionlarına qələbə qazandırıb. Messidən məhrum çıxdığı görüşdə qələbə qazanan Argentina xallarının sayını 28-ə çatdırıb.

Ekvadordakı görüşdə isə Enner Valensiya komandasına qələbə qazandırıb. Sabiq "Fənərbaxça"lı Ekvadorun vurduğu 2 qolun da müəllifi olub. 70-ci dəqiqədə isə penaltidən yararlana bilməyib. Uzatma dəqiqələrində Venesuela hesab arasındakı fərqi azaltsa da məğlubiyyətindən yaxa qurtara bilməyib. 

Qeyd edək ki, növbəti turun matçları martın 25-də keçiriləcək.

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi
XIII tur
21 mart
Ekvador – Venesuela – 2:1

Jeqson Mendes, 90+3, Danil Kastilyo, 90+3 - Jonder Kadis, 90+1
Uruqvay – Argentina – 0:1
Tyaqo Almada, 68

“Əl-Nəsr” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır Bellinqem Premyer Liqa klublarının hədəfində İngiltərə millisinin üzvü “Milan”da çıxış edə bilər Xavi İngiltərə yolunda “Napoli” “Yunyated”in forvardı ilə maraqlanır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью