DÇ 2026: Misir ilk dəfə pley offa çıxdı, Belçika da növbəti mərhələdə

27.06.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı məğlub edərək pley-offa vəsiqəni təmin edib.

Moderator.az xəbər verir ki, G qrupunun III turunun matçında qoca qitə təmsilçisi 5:1 hesablı qələbə qazanıb.

Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Bruyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.

Qrupun növbəti oyununda Misir İranla qarşılaşıb.

Sietl stadionunda keçirilən III turun matçında qalib müəyyənləşməyib - 1:1. Bununla da Misir millisi dünya çempionatları tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb.

Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber hesabı açsa da, 14-cü dəqiqədə İran (Ramin Rezaeyan) bərabərlik qolunu vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью