DÇ 2026 nı hansı yerli televiziya kanallarında izləyə biləcəyik?

11.06.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatının (DÇ-2026) ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın (İTV) efirində canlı yayımlanacaq.

Moderator.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun CBC Sport-da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb.

Bununla da bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq. Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İctimai TV-nin YouTube kanalı üzərindən canlı yayımlanacaq.

Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar - Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İctimai TV-nin rəsmi YouTube kanalında canlı təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью