DÇ 2026 nın açılış oyununu onlar idarə edəcək

09.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın açılış oyununu onlar idarə edəcək

DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona həmyerliləri Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR hakimi funksiyasını isə kolumbiyalı Nikolas Qallo yerinə yetirəcək.

Qarşılaşma iyunun 11-də Mexikoda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

FIFA həmçinin qrup mərhələsinin ilk turunun bir neçə oyunu üçün hakim təyinatlarını da açıqlayıb. Cənubi Koreya – Çexiya matçını misirli Amin Məhəmməd, Kanada – Bosniya və Herseqovina görüşünü argentinalı Fakundo Telyo, ABŞ – Paraqvay qarşılaşmasını isə niderlandlı Dani Makkeli idarə edəcək.

Xatırladaq ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. FİFA turnirin oyunlarına 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью