DÇ 2026 nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi FOTO

14.07.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-li aktyor Tom Kruz 2026-cı il futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.

Redaktor.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 19-da, turnirin final matçından əvvəl Nyu-Cersidəki "Metlayf" stadionunda baş tutacaq.

Şouda, həmçinin müğənnilər Laura Pauzini, Nikol Şerzinger, Robbi Uilyams və bloqer IShowSpeed çıxış edəcəklər. "Oskar", "Emmi", "Qremmi" və "Toni" mükafatları sahibi Cennifer Hadson isə ABŞ-nin dövlət himnini ifa edəcək.

Xatırladaq ki, daha əvvəl final oyununun fasiləsində Şakira, Madonna, Castin Biber və "BTS" qrupunun çıxış edəcəyi bildirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью